YouTuber baxış sayına görə təyyarəni vurduğunu etiraf edibbackend

YouTuber baxış sayına görə təyyarəni vurduğunu etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prokurorları bildiriblər ki, baxış sayını artırmaq üçün təyyarəni qəsdən qəzaya uğradan YouTuber qəza yerini təmizləyərək federal araşdırmaya mane olmaqda günahını etiraf edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

29 yaşlı Trevor Jacob təyyarə qəzasının videosunu 2021-ci ilin dekabrında “YouTube”da yerləşdirərək bunun qəza olduğunu deyib.

Onun yerləşdirdiyi video bu günə kimi 3 milyona yaxın baxış toplayıb.

Müdafiədə o, videonu məhsul sponsorluğu müqaviləsinin bir hissəsi kimi çəkdiyini etiraf edib.

Trevor Jacob 20 ilə qədər həbs cəzası ala bilər.

2021-ci ilin noyabrında Ceykob təyyarəsinə quraşdırılmış kameralarla Kaliforniyanın Santa Barbara hava limanından tək başına uçub.

Cənab Ceykob kameralardan başqa özü ilə paraşüt və selfi çubuğu da götürüb.

ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Prokurorluğu onun “təyin etdiyi yerə çatmaq niyyətində olmadığını, əksinə, uçuş zamanı qəzaya uğrayan təyyarənin videosunu çəkməyi planlaşdırdığını” bildirib.

Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra Los Padres Milli Meşəsində qəzaya uğrayıb.