Zaqatalada qızılcaya yoluxanların son durumu açıqlanıbbackend

Zaqatalada qızılcaya yoluxanların son durumu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir.

İnterpress.az-ın məlumatına görə, həmin şəxslərdən 7-si böyük, 1-i uşaqdır: “Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Xatırladaq ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılmışdı.