Zelenski: “Ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlamazdı”backend

Zelenski: “Ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlamazdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ərazilərini sülh naminə olsa da belə, Rusiyaya verməyə hazır deyilik”.

İnterpress.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.

“Biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Biz onsuz da xeyli adamı qurban vermişik. Onlar dövlətimizi xilas etmək üçün öldülər. Ona görə də onların qarşısında məsuliyyət daşıyırıq. Rusiya əvvəlcə Krımı istədi, sonra Donbas məsələsini həll etmək niyyətinə düşdü. İndi isə Xerson bölgəsini ələ keçirməyə çalışır. Biz bilirik ki, onların niyyəti ölkəmizin cənubunu ələ keçirməkdir. Əgər biz ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlamazdı”, – o bildirib.