Zelenski əsir mübadiləsinin yeni mərhələsini AÇIQLADIbackend

Zelenski əsir mübadiləsinin yeni mərhələsini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski məhbus mübadiləsinin yeni mərhələlərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski Telegram kanalında yazıb.

O, Rusiya ilə əsir mübadiləsinin yeni mərhələlərinin hazırlandığını açıqlayıb.

Onun sözlərinə görə, mübadilələr İstanbulda keçirilən ikinci görüşdə əldə olunan razılaşmaların nəticəsi olacaq.

“Bir neçə raund mübadiləsi gözlənilir. Paralel olaraq həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsi üzrə işlər davam etdirilir.

Proses Milli Təhlükəsizlik Şurasının katibi tərəfindən koordinasiya edilir, bütün lazımi strukturlar cəlb olunub”, – Zelenski qeyd edib.

İyulun 21-də Zelenski Rusiya Federasiyası ilə Türkiyədə növbəti görüşün iyulun 23-də planlaşdırıldığını bildirib.

Eyni zamanda, Rusiya mediası danışıqların iyulun 24-25-də baş tutacağını iddia edir.

Xuraman Etibarlı

İnterpress.az