Zelenski Rusiya ilə sülh sazişini Vaşinqtonda imzalamağa “hazır” olduğunu bəyan edib.
İnterpress.аz xəbər verir ki, o, bu barədə amerikalı bloqer Lora Lumerə verdiyi xüsusi müsahibədə danışıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişini ABŞ-də, rəsmi Vaşinqtonda imzalamağa hazır olduğunu bildirib. O, bu barədə amerikalı bloqer Lora Lumerə verdiyi xüsusi müsahibədə danışıb.
Bloqerin “Rusiya ilə sülh müqaviləsini Ağ Evin Oval Ofisində imzalamaq istərdinizmi?” sualına Ukrayna lideri müsbət cavab verib:
“Bəli, mən hazıram. Prezident Trampa hər zaman bildirmişəm ki, ABŞ-yə, Oval Ofisə və ya Mar-a-Laqoya gəlməyə hazıram… Bu, tamamilə Prezident Trampın qərarından asılıdır”.
Zelenskinin bu bəyanatı Ukrayna böhranının diplomatik yollarla tənzimlənməsi istiqamətində rəsmi Vaşinqtonun vasitəçilik rolunun yenidən müzakirə olunduğu bir vaxtda xüsusi diqqət çəkib.
Xuraman Etibarlı
İnterpress.аz






