Zelenski Ukrayna hökumətinə gənclər üçün sərhəd keçidini sadələşdirməyi tapşırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə gənc vətəndaşların dövlət sərhədini keçməsi ilə bağlı qaydaların sadələşdirilməsi göstərişi verib.
“Hazırda 18 yaşadək məhdudiyyətlər var. Mən təklif edirəm ki, bu həddi 22 yaşa qaldıraq ki, sərhədi keçərkən heç bir məhdudiyyət olmasın”, – Zelenski bildirib.
Xuraman Etibarlı
İnterpress.az