Zelenskidən Avropaya xəbərdarlıqbackend

Zelenskidən Avropaya xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Ukrayna taxıl ixracı üçün limanları açmasa, o zaman Avropa miqrasiya sunamisinə məruz qala bilər”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vyanada keçirilən rəqəmsal texnologiyalar və media “4Gamechangers” festivalında çıxışı zamanı deyib.

“Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin blokadası dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsi elə bir miqrasiya sunamisi olacaq ki, Avstriya hələ dənizdən uzaqda olsa da, sizə də çatacaq”, – deyə o bildirib.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanı işğal etməklə Qara dənizi bağlayaraq genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropa da daxil olmaqla milyonlarla insanı girov saxlayır.

O, Avropanın Rusiya qazından asılılığını da xatırladıb: “Sadəcə, yanacağın, qazın və s.-nin qiymətlərinə baxın. Nə baş verir? Bazarlar Rusiya şirkətlərindən, “Qazprom”dan və Rusiya neft tədarükçülərindən çox asılıdır.

Bu o deməkdir ki, avropalıların pul kisəsi bir dövlətin onlardan nə qədər çıxarmaq istəməsindən çox asılıdır”.
Ətraflı

O əlavə edib ki, bir dövlət Avropada, hətta dünyada hər kəsin həyatını poza bilməz.

“İllərdir deyilir ki, Avropa Rusiyanın enerji resurslarından asılı olmamalıdır. Növbəti qışın fəlakətli olmaması üçün bu il biz bunu etməliyik”, – deyə Zelenski vurğulayıb.

Bundan əlavə, o xatırladıb ki, Rusiya Federasiyası enerji resursları üçün bütün demokratik ölkələrin birliyinə qarşı pul xərcləyir.

“O, bütün qitə üçün parçalanmaların və dezinformasiyaların, anti-Avropa siyasi hərəkatlarının və problemlərin sponsorudur. Demokratik dünyaya qarşı istifadə olunan bu pul axını bu il dayandırılmalıdır. Əks halda, demokratiyaya nifrət edən hər kəs anlayacaq ki, demokratik dünya özünü müdafiə edə bilmir”, – deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti bir daha bəyan edib ki, tərəfdaşlar Rusiyaya qarşı sanksiya siyasətini gücləndirməli və qələbə üçün silahlanmaya kömək etməlidirlər. (Korrespondent)