“Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik” – Türkiyə XİNbackend

“Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik” – Türkiyə XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərini inkişafı bölgəyə mühim töfhə verəcək”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqqə deyib.

“Eyni şəkildə energetika sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Ermənistanla münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik. Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər”, – XİN başçısı qeyd edib.