Zimbabvedə vəba olduğu təsbit edilən 55 nəfərin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Zimbabve Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyası səbəbiylə çox sayda insanın müalicə olunduğu vurğulanıb.
Ölkə daxilində vəba aşkarlandıqdan sonra 55 nəfərin müalicə üçün xəstəxanalara yerləşdirildiyi açıqlanıb.
Açıqlamada Qutu, Buhera, Bikita, Çipinqe, Çiredzi və Mutare bölgələrində vəba epidemiyasının yayıldığı qeyd edilib və bu bölgələrdə sağlamlıq tədbirlərinin həyata keçirildiyi vurğulanıb.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba ishala səbəb olur və orqanizmdə susuzluğa səbəb olur.
Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.