1-ci doza vaksin vurduranların NƏZƏRİNƏ! – məhdudiyyətlər olacaqbackend

1-ci doza vaksin vurduranların NƏZƏRİNƏ! – məhdudiyyətlər olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən insanlar COVID-19 pasportu ilə ilk dozanın vurulması zamanı verilən vəsiqəni səhv salırlar. Bu gündən etibarən isə fəaliyyətinə icazə verilən müəyyən sahələr (iri ticarət və ictimai iaşə obyektləri) var ki, COVID-19 pasportu olmayanalar həmin yerlərə buraxılmayacaq.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “İctimai Tv”yə müsahibəsi zamanı insanlar arasında çaşqınlıq yaradan birinci və ikinci doza vaksin məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, yalnız hər iki doza vaksin vurduran şəxslər fəaliyyətinə icazə verilən sahələrə buraxılacaq:

“Əhali arasında çaşqınlıq yaranmasın. Nazirlər Kabinetinin normasında vaksinin birinci və ikinci dozası haqqında ayrı-ayrı istisna yoxdur. Burada COVID-19 pasportundan söhbət gedir. Hər iki dozanı etdirən şəxs vaksinasiyadan keçmiş hesab olunur. Yalnız iki doza mövcud olduğu halda onun pasportu keçərli hesab edilir.

Birinci doza vaksin məsələsi yalnız fəaliyyətinə icazə verilən sahələrdə çalışan işçi heyətinə aiddir. Sentyabrın 1-nə qədər 1-ci doza, oktyabrın 1-dən isə ikinci doza vaksinin olması tələb olunacaq. Bütün fəaliyyətinə icazə verilən sahələrdə vətəndaşlardan mütləq COVID-19 pasportu tələb olunur”.