10 illik araşdırmanın NƏTİCƏSİ: Uğur üçün əsas amil zəka DEYİLbackend

10 illik araşdırmanın nəticəsi: Uğur üçün əsas amil zəka DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 illik araşdırma zəkadan çox əzmkarlığın vacibliyini sübut edib.

İnterpress.az xəbər verir ki, bu barədə alimlər yeni araşdırmada məlumat veriblər.

Alimlər 10 il ərzində Vest-Point hərbi akademiyasının “Beast Barracks” adlı son dərəcə ağır hazırlıq proqramından keçən 11 min kursantı izləyiblər.

Nəticələr gözləniləndən fərqli olub. Zəkalı və fiziki hazırlığın səviyyəsi yekun nəticəyə demək olar ki, təsir etməyib. Ən çox irəli gedib, proqramı uğurla tamamlayanlar – ən əzmkarlı olan kursantlar olub.

Bu ideyanın müəllifi, tədqiqatçı Anjela Dakvort hesablayıb ki, əzmkarlıq qabiliyyətdən təxminən iki dəfə daha önəmlidir.

Xuraman Etibarlı

İnterpress.az