Medinski: “Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi mümkün deyil”backend

Medinski: “Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi perspektivi yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya ilə Ukrayna arasında hər hansı ərazi mübadiləsi ehtimalı görünmür.

O bildirib ki, Rusiya tərəfi danışıqlardan yalnız sülh onun öz şərtləri daxilində təmin edildiyi halda razı qalacaq.

Medinski vurğulayıb ki, hazırda başlıca vəzifə Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasıdır.

Rusiya rəsmisinin fikrincə, formalaşdırılacaq bu yeni mexanizm öz tarixi əhəmiyyətinə görə yeni “Yalta” və “Potsdam” sisteminə çevrilməlidir.

Xuraman Etibarlı

İnterpress.az