Azərbaycanda ana övladını öldürdübackend

Azərbaycanda ana övladını öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ın Xəzər TV-yə istinadən məlumatına görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb.

Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası – 56 yaşlı Nigar Salmanovanın təkidi ilə övladını öldürmək qərarına gəlib.

Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.

Fakt təsdiqini tapan kimi, körpə basdırıldığı yerdən çıxarılaraq ekspertiza üçün Sumqayıt şəhər morquna göndərilib.

Hazırda Səbinə İsmayılova saxlanılıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.