Rusiyada SIM-kartaların satışı və istifadəsinə yeni məhdudiyyətlər təklif olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Nazirlik dələduzluqla mübarizə üzrə üçüncü tədbirlər paketini təqdim edib. Təkliflərə əvvəlcədən ödənişli SIM-kartların qadağan edilməsi və onların satışının məhdudlaşdırılması, həmçinin dələduzluq sxemlərində iştirak edən şəxslərin vahid məlumat bazasının yaradılması daxildir.
Bundan əlavə, Dövlət Xidmətinin veb saytında razılıqlar üçün vahid platformanın yaradılması, SIM-kartların yalnız operatorların birbaşa rəsmi dilerləri vasitəsilə satılması və fiziki şəxslərlə fərdi sahibkarların operatorların adından müqavilə bağlamasının qadağan edilməsi təklif olunur.
SIM-kartların yalnız sıfır balansla satılması və SMS göndərişlərini yalnız rabitə operatorlarının həyata keçirməsi də planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






