Interpress.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,25 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 3 nömrəli formanı geyinəcək.
Sonuncu klubu \”Jalgiris” (Litva, 2016-2018) olan Mbodj \”Dakar Sakre Kour” (Seneqal, 2011-2014), \”Srvena Zvezda” (Serbiya, 2014-2016), \”Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. \”Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.
Qeyd edək ki, \”Neftçi\” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə imzalayıb.
Interpress.az