Yük maşını nəzarət postunda avtomobillərə ÇIRPILDI: Ölən var – VİDEObackend

Yük maşını nəzarət postunda avtomobillərə ÇIRPILDI: Ölən var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zakarpatyedə yük maşını blokpostda 4 avtomobili vurub, 1 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Vitaliy Qlaqola məlumat yayıb.

Məlumata görə, hadisə Tyaçevə girişdə baş verib. Yük maşını yüksək sürətlə hərəkət edərək sərhədçilərin nəzarət postunda dayanmayıb və növbədə olan avtomobillərə çırpılıb.

Toqquşma nəticəsində 4 avtomobil zədələnib.

Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. İlkin ehtimala görə, yük maşınının sürücüsü diqqətini yayındırıb və blokpostu vaxtında görməyib. Qəzanın dəqiq səbəbləri polis tərəfindən araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az