Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi -FOTObackend

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara şəhər sakini E.Ağazadə rayon Polis şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün RPŞ əməkdaşları tərəfindən saxlanılan Elşad Seyfullayev olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlı bağlı Astara RPŞ-nin istintaq bölməsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.(Trend)

Interpress.az