Rusiya NATO ölkələrinin enerji, nəqliyyat və müdafiə infrastrukturunu hədəfə ala bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa Beynəlxalq Münasibətlər İnstitutu (PISM) məlumat yayıb.
PISM-in təhlilinə görə, yaxın aylarda Rusiya Ukraynaya hava hücumlarını gücləndirə və Ukraynaya dəstək verən NATO ölkələrinə qarşı hibrid fəaliyyətlərini artıra bilər.
İnstitut hesab edir ki, Moskva Qərbin Ukraynaya dəstəyini zəiflətməyə və NATO-nun kollektiv cavab hazırlığını yoxlamağa çalışacaq.
Təhlildə mümkün hədəflər sırasında enerji, nəqliyyat, telekommunikasiya və liman infrastrukturu, həmçinin müdafiə sənayesi müəssisələri göstərilir.
PISM NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərini və kritik infrastrukturun qorunmasını gücləndirməsinin vacib olduğunu bildirir.
Xuraman Etibarlı
İnterpress.az






