Mr. ASANT “ASAN xidmət”də işə başladı – VİDEObackend

Mr. ASANT “ASAN xidmət”də işə başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, bu yol xəritəsini özündə əks etdirən qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib.

Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.

Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə – qarışqa) sözlərinin kombinə edilməsidir.

Qarışqalar heç vaxt təslim olmurlar, gələcəkyönümlü planlar qurmaq, təkcə bu günü yox, sabahı düşünmək onlara xasdır.

Mr. ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara kömək edəcək, dost kimi yanlarında olacaq.

Məqsəd vətəndaşlara daha yaxın olmaq, maskot vasitəsilə “ASAN”la emosional bağlılığı artırmaqdır.

Interpress.az