Nazirliyin mətbuat xidmətindən Interpress.Az-a verilən məlumata görə, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı “Bakı Elektriktökmə” ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
“Bakı Elektriktökmə” ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Interpress.Az