Interpress.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə \”Azərbaycanda İnsan Kapitalı üzrə Forum\”da deyib.
O bildirib ki, əvvəllər məktəbi tərk edənlərin arasında imtahanda yaxşı nəticə göstərən qızlar da olurdu, amma son illər 9-cu sinifdən sonra məktəbdən çıxan qızlar əsasən buraxılış imtahanlarında aşağı nəticə göstərənlərdi: \”Burda valideynlərin yanaşması da rol oynayır\”.
DİM sədrinin sözlərinə görə, Azərbaycanın elə bölgələri var ki, orda məktəbdə oğlanların sayı azdır: \”Elə regionlar var ki, orada məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur\”.
Interpress.Az