Azərbaycana piyada gələn A.S.Samad ilə aparılan şifahi sorğu-sual zamanı həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin, narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
DGK-dan [b]Interpress.Az[/b- a verilən məlumata görə lakin yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaradan Asbaghikourabaslou Saeid Samad Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun daxili orqanlarının tibbi müayinəsi zamanı düz bağırsağından 6 büküm aşkarlanıb. Bükümlərdən 5-nin içərisində qablaşdırılma ilə birgə ümumi çəkisi 149 qram olan, ağ rəngli, kristal şəklində psixotrop maddə – metamfetamin, sonuncu bükümdə isə 2 ədəd ayrı-ayrı sellofana bükülü şəkildə, qablaşdırılma ilə birlikdə ümumi çəkisi təqribən 1 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə – heroin olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Interpress.Az