Interpress.Az xəbər verir ki, bunu \”Azərbaycanda İnsan Kapitalı üzrə Forum\”da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, hazırda bütün yerli icra hakimiyyətlərinin başçılarının müavinlərindən biri qadındır: \”Hər bir dövlət qurumda gender üzrə məsul şəxslər mövcuddur\”.
H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda çox güclü qadın siyasəti həyata keçirilir: \”Qanunlar kişi və qadınların dövlətin idarə olunmasında, bərabər təmsilçiliyə, ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir\”.
Interpress.Az