Ankarada yerləşən “Sincan” Qapalı Uşaq İslah Müəssisəsində cəza çəkən azyaşlı məhkumlar arasında dava baş verib.
Həbsxana əməkdaşlarının müdaxiləsi ilə davanın kütləvi xarakter almasının qarşısı alınıb.
Təhlükəsizliyi təmin etmək üçün hadisə yerinə əlavə qüvvə cəlb olunub.
Hələlik səbəbi açıqlanmayan dava zamanı 7-si cəza çəkən uşaq olmaqla, 21 nəfərin yaralandığı bildirilir.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. (AZƏRTAC)
Interpress.az