Interpress.Az [b][/b] İcmal.Az-a istinadən xəbər verir ki,bu günlərdə oğlu içkili vəziyyətdə polisi avtomobili ilə vuraraq reanimasiyalıq edib. Bundan başqa xanım müavinin əməllərinə görə Masallı camaatı artıq ayağa qalxmaq niyyətindədir. Aybəniz Qafarovanın daha bir əməli ilə bağlı qocaman jurnalistlərdən biri şahidi olduğu hadisəni sosial şəbəkədə paylaşıb. Paylaşımı olduğu kimi təqdim edirik:
\”Aybəniz Qafarova özünü necə \”yandırdı”?
Bəlli olduğu kimi bu gün Masallıdakı ASANxidmətdə masallılar.az saytının canlı yayımla təqdimetmə mərasimi oldu. Tədbirə dəvət olunanlar hamısı mərasimi böyük razılıqla tərk etdi. İstər ABŞ-dan, istər Rusiyada birbaşa canlı yayımlar, \”O səs Türkiyə”nin laureatlarından olan həmyerlimiz Adil Baxışın gözəl ifası, bir-birindən maraqlı çıxışlar hamıda məmnunluq yaratdı. Tədbirin təşkilatçılarından biri də mən idim. Təşkilatçı kimi təklif etmişdim ki, konsert proqramında eşitmədiyimiz səsləri eşidək. Bu məqsədlə bir neçə gənc ifaçını dəvət etmişdik. Onlardan biri də Hişgədərəli, Lənkəran Musiqi məktəbinin məzunu, bu yaxınlarda Tehranda keçiriləcək müsabiqəyə vəsiqə qazanmış Mətin Ağazadə idi. Lakin tədbirin sonunda ona yer verilmədi. Səbəb nə imiş? Sən demə, icra başçısının müavini Aybəniz Qafarova onun çıxışına baxmayıb. Təkidlə dedim ki, uşaq uzaq yol gəlib, bir neçə dəfə onun üçün belə əngəllər olub. Qoy, uşaq pərt olmasın, 3 dəqiqəlik mahnıdır oxusun. Lazımdır icra başçısına deyim. 3 dəqiqə ilə bir şey olmaz. İmkan vermədi. Məhz bu müavinin ucbatından gənc istedad tədbiri gözüyaşlı tərk etdi. Humanitar sahənin müavini, \”görkəmli” pedaqoq Aybəniz Qafarova uşaqdan üzrxahlıq etməyə də özündə güc tapmadı. Nəinki tapmadı, hətta həmin uşağı gətirən müəllimin üzərinə qışqırmaqdan, onu hədələməkdən də çəkinmədi və hansı səviyyənin sahibi olduğun necə deyərlər, gen planda nümayiş etdirdi. Aybəniz Qafarova necə saxtakar məktəb direktoru, necə səriştəsiz, necə savadsız, necə qorxaq müavin olduğu hamıya bəlli etdi. Daha \”sarı simə” keçmək istəmirəm. Belə nimdaş, pölüşgəmiz düşəncəli insan müəllim və həkim ordusuna rəhbərlik etməsi, sadəcə təhqirdir. İnsan bacardığı işdən yapışmalıdır. Onun barəsində deyiləsi söz o qədərdir ki, adamın vaxta heyf gəlir. Xatırladaq ki, onun bu əməli icra hakimiyyətinin rəhbərliyi tərəfindən də kəskin tənqid edilib. Ən azı Aybəniz Qafarova həmin uşaqdan üzr istəmək üçün özündə elementar güc tapmalıdır. Yoxsa, kimsə deyər ki, öz övladının dələdüzluğunu ört-basdır edən, bir istedadın ruhunu niyə tarmar edir ki? Həmin uşağın göz yaşları isə tədbirə çəkdiyimiz əziyyəti və tədbirdən aldığımız ləzzəti bizə zəhər etdi. Görün, bizə kimlər rəhbərlik edir? Həmin uşağın oxuduğu mahnının linkini isə şərhə əlavə edəcəm. Aybəniz Qafarova isə yaxın vaxtda həmin gözüyaşlı uşaqdan üzr istəməsi, daha \”qəlb oxşayan” yazı ilə mükafatlanacaq. Unutmasın ki, hər addımından xəbərimiz var, yaxın vaxtlarda olacaq ad gününə də yüksək hazırlıq gedir, məsələçün\”
Məlumat üçün qeyd edək ki, 20 gün öncə Aybəniz Qafarovanın oğlu DYP nin baş serjantı Rəcəbli Azər Elxan oğlunu xidmət etdiyi zaman qəsdən avtomobili ilə vuraraq reanimasiyalıq etmişdi. Masallı Polis idarəsində çalışan bəzi yüksək rütbəli şəxslər hadisəni ölkə başçısından və Daxili İşlər Naziri Ramil Usubovdan gizlətmək üçün müxtəlif yollara əl atıblar. Bu işdə Aybəniz Qafarovanın Binəqədi polisində çalışan qardaşının da xüsusi \”xidmətləri\” olduğu deyilir.
Növbəti yazılarımızda Aybəniz Qafarovanın rayonda rüşvət müqabilində payladığı vəzifələr, həyata keçirdiyi maxinasiyalar barədə geniş yazı dərc edəcəyik.
Mövzunu diqqətdə saxlayacağıq.
Interpress.Az