Dövlət Komitəsinin sədri cəmiyyəti qadın və qızlara qarşı zorakılığa etiraz etməyə çağırıbbackend

Dövlət Komitəsinin sədri cəmiyyəti qadın və qızlara qarşı zorakılığa etiraz etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, qadınlara qarşı zorakılıq bütövlükdə ölkələrin sosial sabitliyinə və iqtisadi inkişafa nail olmasına mane yaradır: \”Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra Hakimiyyətləri yanında monitorinq qrupları yaratmışıq.

Qrup üzvləri ilə mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müşahidə olunur. Onlar daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər\”.

Interpress.Az