Boliviyada qadın 32 illik seksual köləlikdən azad oldubackend

Boliviyada qadın 32 illik seksual köləlikdən azad oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbərə verir ki, bu haqda BBC məlumat yayıb

1980-ci illərdə 13 yaşında olanda, “qadın alverçiləri tərəfindən” qaçırılmış zərərçəkən uzun müddət axtarışda olub. Məlumata görə, qadın 50 yaşlı yerli sakinin təklif etdiyi işlə əlaqədar Boliviyaya böyük bacısı ilə gəlib.
Bir neçə aydan sonra böyük bacısı sevgi münasibətlərində olduğu işəgötürənlə dalaşaraq, Boliviyanı tərk edib və kiçik bacısını təkbaşına qoyub.

Hazırda həmin qadının 45 yaşı var. Onu 9 yaşlı oğlu ilə birgə Bermexo şəhərində (Argentina sərhədi yaxınlığında) şübhəli şəxsin evinin qarajında aşkarlayaraq, xilas ediblər.

Hazırda qadının ailəsinə qovuşduğu bildirilir. Şübhəlinin və zərərçəkənlərin adları gizli saxlanılır.

Interpress.Az