İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir.
Interpress.Az -ın Unikal.org-a istinadən məlumatına görə, Bakının Nəsimi rayonu, \”Memar Əcəmi\” metrostansiyasının yaxınlığında \”Yaşam Residence\” tərəfindən inşaa edilən hündürmərtəbəli binanın ərazisində yerləşən ağaclar qırılaraq məhv edilib.
Ötən aydan mətbuatın diqqətində olan sözügedən ərazidə “Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır.
Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik.

Interpress.Az