Eyni zamanda, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq. Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.
Interpress.Az A24.az-a istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, ölkə ərazisində satılan siqaretlərin qiyməti süni şəkildə artırılıb. Bəzi mağazalarda siqaret satışına məhdudiyyətlər qoyulsa da, digər mağazalarda satılan siqaretlər 20-30 qəpik baha qiymətə satılır. Demək olar ki, bütün siqaretlərin qiyməti qalxıb.
Buna baxmayaraq, Naxçıvanda yerləşən və yerli tütün məhsullarının istehsalı ilə məşğul olan “CAHAN TOBACCO” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Azərbaycanda siqaretlərin qiymətinin bahalaşmadığı barədə açıqlama yayıb. Məlumatda bildirilir ki, tütün məhsullarının qiymətlərinin qalxması ilə bağlı şirkət tərəfindən hər hansı qərar verilməyib. Ötən ilki qiymət siyasətinin hələ də saxlanıldığı və qiymətlərin stabil olaraq qaldığı vurğulanıb.
Yerli siqaret məhsullarının istehsalı və ixracı ilə məşğul olan “EUROPEAN TOBACCO-BAKU” Açıq Səhmdar Cəmiyyəti isə onların məhsullarında heç bir qiymət artımının olmadığını bildirib.
Ölkə ərazisində topdan və pərakəndə satılan bəzi siqaretlərin qiyməti isə aşağıdakı kimidir. Buradan isə siqaretlərin topdansatışında heç bir artımın qeydə alınmadığı görünür:


Interpress.Az