Qazaxlar ermənilərə qarşı etiraza qalxdı, yollar bağlandı – VİDEObackend

Qazaxlar ermənilərə qarşı etiraza qalxdı, yollar bağlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, yerli KİV-lərdə ermənilərin törətdiyi vəhşiliyin bütün qazax millətinə qarşı yönəldiyi vurğulanır, sosial şəbəkələrdə etiraz videoları paylaşılır.

\”Youtube\” sosial şəbəkəsində paylaşılan videolarda yerli sakinlərin ermənilərə məxsus kafe və restoranları bağladığı görünür. Hazırda vilayətdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Başqa bir videoda hadisədə iştirakçı olduqları deyilən şəxslərin gizləndiyi evdə tutulma anı əks olunub.

Qeyd edək ki, Qazaxıstanın Karakandi vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü erməni əsillidir. Cinayəti törədən şəxslər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib.

Interpress.Az