Çində narkotik qaçaqmalçılarından 350 kiloqram metamfetamin maddəsi müsadirə olunubbackend

Çində narkotik qaçaqmalçılarından 350 kiloqram metamfetamin maddəsi müsadirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, ötən ilin dekabr ayının əvvəlində polisə həmin şəxslərin Myanmadan Çinə narkotik vasitələr gətirmələri barədə məlumat daxil olub. Polis narkotacirləri Menxay dairəsinin Daluo qəsəbəsində növbəti sövdələşmə zamanı həbs edib.

Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.

Interpress.az