Ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb.
Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər.
Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.
Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.
Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin də 20-dən çox əyalətində müəllim və şagirdlər tətilə buraxılıb. (report)

Interpress.Az