O, bununla bağlı Ədalət və İnkişaf Partiyasının toplantısında danışıb.
“Adını sənətçi qoyub. Onun fikirləri faşistliyi təbliğ edir. Heç kim insanların yaşama formasına qarışa bilməz. Demokratik ölkələrdə hər kəsin inancına hörmətlə yanaşılır”, – Ərdoğan bildirib.
Qeyd edək ki, Çakır hicablı qadınlara “Bura Ərəbistandır? Nə gəzirsiniz burada?” fikirlərini səsləndirmişdi. O, bir müddət əvvəl pis davranışlarına görə Türkiyədə çəkildiyi serialdan da qovulub.
Interpress.Az