Rövşən Lənkəranskinin “oğru” adı əlindən alındıbackend

Rövşən Lənkəranskinin “oğru” adı əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, 100-dən çox “oğru”nun toplaşdığı “sxodka”da Ded Xasan öldürüldükdən sonra “xaç atası” olmağa iddialı Şakro Maladoy da qatılıb. Ondan başqa Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy Əhməd) kimi kriminal “generallar” iştirak edib.

Şakro Molodoy 2008-ci ildən başlayaraq “oğru”ların sayının kəskin artmasından narahatlığını bildirib. “Sxodka”da Ded Xasanın ölümündə günahlandırılan Rövşən Lənkəranski və Cemal Mikeladzenin statusu ləğv edilib.

Merab Canqveladze və Tariel Onianinin aqibəti isə onlar həbsdən çıxdıqdan sonra müəyyənləşəcək.

İnterpress.az