Bakı məktəbləri çətin durumdabackend

Bakı məktəbləri çətin durumda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəb direktorlarının İnterpress.az-a verdiyi məlumata görə, aylıq 40 manat ödəniş edilən qruplarda uşaqların sayı olduqca azdır. Valideynlər hazırlıq qruplarına vəsait ödəməkdənsə həftənin şənbə günləri məktəblərdə təşkil edilən pulsuz qrupların bərpasına tərəfdardır.

Direktorlar bildirib ki, pullu kursların təşkilindən sonra həftəsonu keçirilən hazırlıq məşğələləri ləğv edilib. Bu isə 1-ci sinfə gedəcək şagirdlərin və açılacaq siniflərin sayını əvvəlcədən müəyyənləşdirməyə maneçilik törədir: “Bu ilə qədər məktəblərdə şənbə günləri pulsuz hazırlıq qrupları olub. Hətta bağçaya gedən uşlaqlar da şənbə günü məktəbdəki bu qruplara gəliblər. Bu, müəllimlə gələcək şagird arasında əvvəlcədən ünsiyyət yaranmasına, şagirdin məktəbə adaptasiyasına kömək edib. Həmçinin məktəbdə neçə birinci sinfin açılacağı ilə bağlı təxmin yaranıb. İndi isə uşaqları pullu qrupa cəlb etmək olmur. Bilmirik ki, məktəbdə birinci sinfə neçə uşaq gedəcək, neçə sinif açıqlacaq. Əksər məktəblərdə vəziyyət belədir”.

Elnarə
İnterpress.az