Bu barədə İnterpress.az-a Federasiyadan məlumat verilib. Bildirilib ki, yanvarın 10-da Avrasiya Kombat Ciu-Citsu Federasiyanın İdarə Heyyətinin keçirilən iclasında bir sıra məsələlər müzakirə olunub.
Federasiyanın prezidenti Aqil Acalovun və 1-ci vitse prezident Rəsul Məmmədovun başçılığı ilə keçirilən iclasda 2018-ci ilin yekunları və cari ildə görüləcək işlərlə bağlı müzakirələr aparılıb və yeni qərarlar qəbul edilib. AKCCF-nin İdarə Heyyətinin qərarına əsasən Murad Cəfərov federasiyanın ümumi məsələlər üzrə vitse-prezidenti təyin edilib.
Qeyd edək ki, Murad Taleh oğlu Cəfərov 1987-ci ildə Lənkəran şəhərində anadan olub. O,2004-cü ildə 82 nömrəli məktəbi bitirib. Elə həmin il Moskva şəhərində \”Əmək və Sosial Münasibətlər Akademiyana\” daxil olub. O, 2009-cu ildə oranı bitirdikdən sonra təhsilini BƏƏ-də yerləşən \”Dubai Knowledge Park\”da davam etdirib.
2008-2009-cu illərdə BƏƏ-də \”SAS International Marine Services LLC\”-nin icraçı direktor vəzifəsində, 2009-2010-cu illərdə isə \”Blue Water Shipping\” şirkətində kordinator vəzifəsində çalışıb.
2010-2012-ci illərdə SOCAR şirkətində mühəndis vəzifəsində, 2012-2017-ci illərdə \”Lider\” pul köçürmələrinin Azərbaycan və Türkiyədəki nümayəndəliklərin rəhbəri vəzifəsində, 2017-ci ildən \”Oxbridge Academy\” və \”Oxbridge Educational Service\’s\” Təhsil Mərkəzlərində bina rəhbəri vəzifəsində işləyib.
2018-ci ildən Modern Capital LLC-nin (Avstriya) general direktoru vəzifəsində çalışıb.
İnterpress.az