Cəlilabad rayonunda gənc oğlan döyülərək öldürülüb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, 1991-ci il təvəllüdlü yerli sakin Rəcəb Vidadi oğlu Mirzəyev bir qrup şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər gənc oğlana ağır bədən xəsarətləri yetiriblər.
O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, E.Mirzəyev bir uşaq atasıdır.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
S.Qərib
İnterpress.az