Bu gün və sabah Abşeron rayonunun Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə İnterpress.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verib.
Onun sözlərinə görə, fasilə Bağlar Enerji Təchizati və Satiş İdarəsinin (ETSİ) xidmət ərazisindəki 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq EVX-də aparılan yenidənqurma işləri ilə əlaqədardır.
\”Azərişıq\” yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.
Qeyd edək ki, sözügedən ərazilərdə yanvarın 9-da da eyni səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranmışdı.
İnterpress.az