Azərbaycanda 26 adda dini kitabın çapı qadağan olunubbackend

Azərbaycanda 26 adda dini kitabın çapı qadağan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.

İnterpress.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 192 adda dini ədəbiyyata baxılaraq onlardan 26-sının çapı məqsədəuyğun sayılmayıb.

İnterpress.az