Bu gün Bakının Binəqədi rayonunda qaz kəsiləcəkbackend

Bu gün Bakının Binəqədi rayonunda qaz kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) \”Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, saat 10:00-dan təmir işləri tamamlanana qədər 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Motodrom yaşayış sahəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

İnterpress.az