Baş prokuror zərərçəkənlərlə görüşdən imtina etdibackend

Baş prokuror zərərçəkənlərlə görüşdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a bu gün səhər saat 9.00-da baş prokuror tərəfindən qəbul ediləcəkləri ümidi ilə Baş Prokurorluğa gedən zərərçəkənlər verib.

Onların sözlərinə görə, yanvarın 5-də Prezident Aparatına müraciətdən sonra 4 nümayəndənin Zakir Qaralov tərəfindən qəbul ediləcəyi bildirilib. Lakin bu gün deyilən vaxtda Baş Prokurorluğa gedən zərərçəkənlər Z.Qaralovla görüşə bilməyiblər: “Bizə bildirildi ki, işin istintaqı ilə Baş Prokururluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olur. Həmin idarənin rəhbərinin də baş prokurorun nümayəndəsi olduğunu deyib sitntaqın başa çatmasını gözləməyi məsləhət gördülər”.

Zərərçəkənlərin nümayəndəsi olan 4 nəfər Zakir Qaralovla görüşmək üçün yanvarın 8-də növbəti dəfə cəhd edəcək.

Elnarə
İnterpress.az