Növbəti uğurlu böyrəkköçürmə əməliyyatı 28 yaşlı qadın pasiyent üzərində “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.
Klinikadan İnterpress.az-a verilən məlumata görə, xəstənin donoru – anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub. Klinikanın həkim-mütəxəssis komandası – cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurla keçib.
Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazılıblar.
İnterpress.az