Reydin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyən edib saxlamaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarət olub.
Reyd zamanı 2 sərxoş sürücü müəyyən edilərək məsuliyyətə cəlb edilib. Polisin “saxla” əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.
Siyəzən şəhəri ərazisinə iri tonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan reyd zamanı 2 yük maşını da saxlanılaraq aparılıb. Bununla yanaşı, reyddə bir sıra digər qayda pozuntularına da rast gəlinib.
Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
İnterpress.az