Latviyada Raymond Paulsun mahnıları QADAĞAN OLUNDUbackend

Latviyada Raymond Paulsun mahnıları QADAĞAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyada məşhur bəstəkar Raymond Paulsun səkkiz mahnısı qadağan edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Latviya parlamenti ölkənin “Elektron KİV haqqında” qanununa edilən yeni düzəlişləri təsdiqləyib.

Yeni qaydalara əsasən, radiostansiyaların sanksiya siyahısında olan şəxslər tərəfindən yaradılan və ya ifa edilən musiqi əsərlərini yayımlaması qadağan olunub.

Bu rəsmi qərar çərçivəsində əfsanəvi bəstəkar Raymond Paulsun səkkiz məşhur bəstəsi də qadağan edilmiş mahnılar siyahısına salınıb.

Məlumata görə, bəstəkarın həmin səkkiz mahnısı Avropa İttifaqının sanksiya siyahılarına daxil edilmiş rusiyalı müğənnilər tərəfindən ifa olunduğu üçün rəsmi şəkildə radio dalğalarından yığışdırılıb.

Latviya rəsmiləri bu addımın sanksiya tətbiq edilən şəxslərin yaradıcılıq gəlirlərini və təbliğat imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildiriblər.

Qərar yerli musiqi dairələrində və ictimaiyyət arasında geniş müzakirələrə yol açıb.

Xuraman Etibarlı

İnterpress.аz