Kolumbiyada keçmiş porno ulduzu SENATOR OLDU – FOTObackend

Kolumbiyada keçmiş porno ulduzu SENATOR OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada keçmiş porno ulduzu Senata seçilib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kolumbiyada keçirilən seçkilərdə keçmiş porno ulduzu Deysi Aleksandra Omanya Ortis qalib gələrək rəsmən ölkə Senatında yerini tutub.

İctimaiyyət arasında daha çox “Amaranta Henk” ləqəbi ilə tanınan Ortis seçki kampaniyası dövründə əsas diqqəti böyüklər üçün kontent hazırlayanların hüquqlarının müdafiəsinə yönəldib.

Hazırda Senatın rəsmi üzvü olan Ortis bu fəaliyyət sahəsində çalışan işçilərin sosial müavinətlər, əmək hüquqlarının qorunması və istismardan müdafiə olunmasını təmin edəcək yeni qanunvericiliyin qəbul edilməsinə çalışacağını bəyan edib.

Yeni senatorun bu qeyri-adi siyasi platforması və planlaşdırdığı qanunvericilik təşəbbüsləri həm Kolumbiya daxilində, həm də beynəlxalq mətbuatda geniş müzakirələrə yol açıb.

Xuraman Etibarlı

İnterpress.аz