Məşhur müğənni ağır vəziyyətdə xəstəxanaya YERLƏŞDİRİLDİ – FOTO/VİDEObackend

Məşhur müğənni ağır vəziyyətdə xəstəxanaya YERLƏŞDİRİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atasını itirən rusiyalı müğənni MakSim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tanınmış rusiyalı müğənni MakSim (Marina Abrosimova) sakitləşdirici dərmanlardan kəskin və həddindən artıq istifadə etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.

Atasının ölümündən sonra dərin depressiya və güclü mənəvi stress keçirən ifaçı həddindən çox sedativ preparat qəbul edib.

Müğənni kəskin halsızlıq və huşunun dumanlanması şikayətləri ilə tibb müəssisəsinə müraciət edib. Yaranmış ağır vəziyyətlə əlaqədar ifaçının yaxın vaxtlarda planlaşdırılan bütün konsertləri və ictimai çıxışları rəsmən ləğv olunub.

Həkimlər ona təyyarə ilə uçmağı və səhnəyə çıxmağı qəti şəkildə qadağan ediblər.

Qeyd edək ki, MakSimin atası Sergey Abrosimov təxminən 14 il əziyyət çəkdiyi onkoloji xəstəlik səbəbindən iyulun 19-da vəfat edib. Bu ağır ailə itkisi ifaçının psixoloji durumuna olduqca kəskin zərbə vurub.

Xuraman Etibarlı

İnterpress.аz