Rusiyada fərari oğlunu qorumaq üçün hərbi polisi öldürən ataya 20 il CƏZA KƏSİLDİbackend

Rusiyada fərari oğlunu qorumaq üçün hərbi polisi öldürən ataya 20 il CƏZA KƏSİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada fərari oğlunu qorumaq üçün hərbi polisi kürəyindən vuran ataya 20 il həbs cəzası verilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Lipetsk vilayətində fərari oğlunu həbs olunmaqdan qorumaq istəyərkən hərbi polis əməkdaşını güllələyərək öldürən 63 yaşlı Aleksey Zaytsev barəsində rəsmi hökm oxunub.

Məhkəmənin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə hərbi qulluqçuların hərbi hissəni özbaşına tərk etmiş gənci saxlamaq üçün onun yaşadığı evə gəldiyi zaman baş verib. Gənc oğlan evdən ov tüfəngi ilə çıxaraq onu atasına təqdim edib.

Zaytsev hərbçiləri öldürməklə təhdid edib, daha sonra isə geri çəkilən polis əməkdaşlarından birinin kürək nahiyəsinə atəş açıb.

O, silahı yenidən doldurmaq istəyərkən hadisə yerindəki digər hərbi polis tərəfindən sürətlə zərərsizləşdirilib.

Törətdiyi cinayəti rəsmən etiraf edən təqsirləndirilən şəxs cəzasının ilk 3 ilini qapalı həbsxanada, qalan hissəsini isə ciddi rejimli islah-əmək koloniyasında çəkəcək.

Məhkəmə həmçinin ondan mərhumun ailəsinə ödənilmək üzrə 2 milyon rubl (təxminən 43 min manat) məbləğində kompensasiya tutulması barədə qərar çıxarıb.

Xuraman Etibarlı

İnterpress.аz