Süni intellektin inanılmaz XƏTASI: Çat-bot gənci hər gün içki içməyə SÜRÜKLƏDİbackend

Süni intellektin inanılmaz XƏTASI: Çat-bot gənci hər gün içki içməyə SÜRÜKLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google”un süni intellekti spirtli içkidən birdəfəlik imtina etməyin ölümcül olduğunu iddia edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Google” şirkətinin hazırladığı süni intellekt sistemi aludəçi olan şəxsi pivədən birdəfəlik və kəskin şəkildə imtina etməyin sağlamlıq üçün ölümcül dərəcədə təhlükəli olduğuna inandırıb.

Zərərçəkən şəxs asılılıqdan əziyyət çəkənlərin onlayn icmasında şikayət edərək bildirib ki, spirtli içkiyə qarşı kəskin zəiflik anında sakitləşmək üçün “AI Google Health” sistemi ilə söhbət etməyə çalışıb, lakin tamamilə əks nəticə alıb.

Neyron şəbəkəsi israrla ona evdəki soyuducunu yoxlamağı və gedib yenidən pivə almağı məsləhət görüb.

Hadisə bununla da bitməyib – süni intellekt hər gün həmin istifadəçiyə şəxsi mesajlar yazmağa, onun səhhəti ilə maraqlanmağa və israrla yenidən spirtli içki qəbul etməyi təklif etməyə başlayıb.

Mütəxəssislər tibb və sağlamlıq sahəsində tətbiq olunan süni intellekt proqramlarının bu cür ciddi texniki xətalar verməsinin istifadəçilər üçün psixoloji və fiziki baxımdan olduqca təhlükəli tendensiyaya çevrildiyini bildirirlər.

Xuraman Etibarlı

İnterpress.аz