Çində helikopter iki turistin üzərinə düşüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çinin Tsinxay əyalətindəki duz gölü yaxınlığında helikopter qəzaya uğrayaraq ərazidə gəzən iki turistin üzərinə aşıb.
Baş verən ağır qəza zamanı xoşbəxtlikdən həm yerdəki zərərçəkən turistlər, həm də helikopterin sərnişinləri möcüzəvi şəkildə sağ qalıblar.
Qəzadan dərhal sonra helikopterin göyərtəsindən çıxmağı bacaran sərnişinlər və heyət üzvləri yerdə yaralanan digər turistlərin köməyinə qaçaraq onlara ilkin tibbi yardım göstərməyə başlayıblar.
Hadisə yerinə dərhal təcili xilasetmə və tibb briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın dəqiq başvermə səbəbləri isə Çinin aviasiya qurumları tərəfindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






