“Reuters”: Beynəlxalq Cinayət Məhkəməsinin Assambleyası Kərim Xanı işdən çıxarıbbackend

“Reuters”: Beynəlxalq Cinayət Məhkəməsinin Assambleyası Kərim Xanı işdən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan vəzifəsindən uzaqlaşdırılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Üzv Dövlətlər Assambleyası baş prokuror Kərim Xanı tutduğu rəsmi vəzifəsindən kənarlaşdırıb.

Verilən məlumata görə, qərar barədə iki fərqli diplomatik mənbə tərəfindən məlumat sızdırılıb.

Kərim Xanın vəzifəsindən uzaqlaşdırılmasının konkret səbəbləri və təfərrüatları barədə hələlik rəsmi geniş açıqlama təqdim edilməyib.

Qeyd edək ki, Kərim Xan BCM-nin baş prokuroru kimi fəaliyyət göstərdiyi dövrdə bir çox səs-küylü beynəlxalq təhqiqatlar, o cümlədən müxtəlif dövlət başçılarının həbsinə dair orderlərin verilməsi ilə bağlı qərarları ilə fərqlənirdi.

Xuraman Etibarlı

İnterpress.аz